“Apple” şirkəti ABŞ-dəki istifadəçilər üçün xəritə tətbiqində Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, dəyişiklik yalnız ABŞ ərazisindəki istifadəçilərə şamil olunur. Kanadadakı istifadəçilər isə gölün adını əvvəlki kimi “Ontario gölü” olaraq görəcəklər. Beynəlxalq istifadəçilər üçün isə hər iki adın yanaşı göstərildiyi bildirilir.
Oxşar dəyişiklik “Google” şirkəti tərəfindən də həyata keçirilib. “Google Haritalar” tətbiqində gölün adı ABŞ-dəki istifadəçilər üçün “Amerika gölü” olaraq yenilənib. Kanadada isə əvvəlki adın istifadəsi davam etdirilir.
Qeyd edək ki, Ontario gölü Şimali Amerikanın beş böyük gölündən biridir və ABŞ-nin Nyu-York ştatı ilə Kanadanın Ontario əyaləti arasında yerləşir.
Sözügedən dəyişiklik ABŞ-də qəbul edilən siyasi qərarla əlaqələndirilir. Belə ki, avqustun 27-də ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət gərginliyinin artdığı bir vaxtda Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsini nəzərdə tutan prezident fərmanı imzalayıb.