"Beş həftədən çoxdur davam edən Yaxın Şərq müharibəsi yalnız diplomatiya yolu ilə həll edilə bilər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Avropa Şurasının prezidenti Antonio Koşta deyib.
"Yaxın Şərqdə beş həftəlik müharibədən sonra yalnız diplomatik həll yolu onun kök səbəblərini aradan qaldıracaq. Mülki infrastruktura, xüsusən də enerji obyektlərinə edilən hər hansı hücum qanunsuzdur və qəbuledilməzdir", - o bildirib.
Koşta qeyd edib ki, bu qayda hər kəsə, hər yerə aiddir:
"İran prezidenti Məsud Pezeşkianla son telefon danışığımda vurğuladığım kimi, Avropa Birliyi İranı regional ölkələrə qarşı hücumlarını dərhal dayandırmağa və Hörmüz boğazında tam naviqasiya azadlığını təmin etməyə çağırır. Gərginləşmə atəşkəsə və sülhə gətirib çıxarmayacaq. Buna yalnız danışıqlar, xüsusən də regional tərəfdaşların davam edən səyləri nail olacaq".