Əsas məzmuna keç

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimi başa çatıb

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimi başa çatıb

Türkiyə Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb. Bu barədə"Operativ...

Konya şəhərində keçirilən " - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə başa çatıb.

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar.
Qeyd olunub ki, təlimdə qarşıya qoyulan tapşırıqlar iştirakçı dövlətlərin şəxsi heyəti tərəfindən qarşılıqlı əlaqədə müvəffəqiyyətlə icra edilib.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…