Anar Eyvazov Ermənistan MN-ə cavab verib - VİDEO

Anar Eyvazov Ermənistan MN-ə cavab verib - VİDEO
Qarabağ
16.08.2023 17:56
Aa
dəq

Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan MN-in yaydığı videomateriala münasibət bildirib.

Azərbaycanın MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, Ermənistan MN uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır", - Mətbuat Xidmətinin rəisi vurğulayıb.

Həftənin ən çox oxunanları