“2020-ci ildə Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 300-dən çox insan minaların qurbanı olub”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
“Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərdə aparılan yoxlama zamanı Rusiya sülhməramlıları ilə birlikdə xeyli sayda silah-sursat və hərbi texnika aşkar edib”, - o vurğulayıb.