Anar Bağırov: “Azərbaycanda Ailə Məhkəmələrinin yaradılması zəruridir”

Anar Bağırov: “Azərbaycanda Ailə Məhkəmələrinin yaradılması zəruridir”
19.05.2023 11:34
Aa
dəq

"Ailə mübahisələrinin spesifikliyini mürəkkəbliyini nəzərə alaraq, ailə sahəsində ixtisaslaşan hakimlərin və ya Ailə Məhkəmələrinin yaradılması zəruridir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ailə qanunvericiliyinə əsasən, nikahın gələcəkdə tərəflərdən birinin sadəcə istəyi ilə, maneəsiz şəkildə (buna ciddi əsaslar olmadan) məhkəmə qaydasında pozulmasına imkan verir:

"Yəni nikahda olan tərəfin biri, istənilən formal əsas və səbəb göstərməklə (münasibətlərin pozulması, xasiyyətlərin uyğun gəlməməsi və s.), digər tərəfin istəyi olmadan, nikaha məhkəmə qaydasında xitam verilməsinə nail ola bilər. Bu səbəbləri göstərməsə belə, şəxsin sadəcə nikahın pozulması ilə bağlı iradə ifadəsi buna kifayətdir. Belə olan hallarda, məhkəmə, 3 aylıq müddət gözləməklə nikaha xitam verə bilər. Lakin ailə mübahisələrinin spesifikliyini mürəkkəbliyini nəzərə alaraq, ailə sahəsində ixtisaslaşan hakimlərin və ya Ailə Məhkəmələrinin yaradılması zəruridir. Xarici ölkələrin təcrübələrinə diqqət etdikdə görə bilərik ki, bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə Ailə Məhkəmələri mövcuddur. Eyni zamanda Rusiyanın Ali Məhkəməsində Mülki Kollegiyanın tərkibində ailə işlərinə baxan xüsusi tərkib formalaşdırılıb. Düşünürəm ki, bu praktika bizdə də tətbiq edilsə, ailə problemlərinin və boşanmaların səbəbini dərindən öyrənilməsinə zəmin yaradacaq və nəticə etibarı ilə boşanmaların sayının azalmasına müsbət təsir göstərəcək".

Həftənin ən çox oxunanları

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3
DAVAMIN OXU davamın oxu

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
DAVAMIN OXU davamın oxu