Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

1700 hektar ərazi minalardan təmizləndi: Ötən həftənin nəticələri

1 dəq
Paylaş:
1700 hektar ərazi minalardan təmizləndi: Ötən həftənin nəticələri

Azad olunan ərazilərdə iyunun 16-dan 21-dək 29 tank əleyhinə mina, 84 piyada əleyhinə mina, 514 hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1 710.16 ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax