Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-də "ekofaşizm" təhlükəsi: Kapitalizm və ekoloji böhranın əlaqəsi

3 dəq
Paylaş:
ABŞ-də "ekofaşizm" təhlükəsi: Kapitalizm və ekoloji böhranın əlaqəsi

"Monthly Review" jurnalında dərc olunan təhlildə ABŞ-də yüksələn "" anlayışı və qlobal ekoloji böhranın səbəbləri geniş şəkildə təhlil edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, jurnalın iyun sayında dərc olunan "Aklın Yıkımı ve Birleşik Devletler'de Yükselen Ekofaşizm" başlıqlı məqalənin müəllifləri Brett Klark və Con Bellami Foster planetin üzləşdiyi ekoloji böhranın təkcə problemi deyil, daha dərində yatan sistemli böhranın nəticəsi olduğunu bildiriblər.

Məlumata görə, müəlliflər "gec imperializm" dövründə inhisarçı kapitalın böyüməsini təmin etmək məqsədilə həyatın əsas şərtlərinin məhv edildiyini qeyd ediblər. Təhlildə vurğulanıb ki, və biomüxtəlifliyin azalması kimi proseslər kapitalist modelinin nəticəsidir. Bildirilib ki, kapital öz struktur sərhədlərinə çatdıqca daha avtoritar idarəetmə formalarına üstünlük verir və ekoloji böhrana elmi həllər əvəzinə təzyiq, müharibə və resurslara nəzarət siyasəti ön plana çıxır.

Bununla yanaşı, məqalədə Donald Trampın hakimiyyəti dövründə ABŞ-nin Paris İqlim Sazişindən çıxması, qalıq yanacaq istehsalının genişləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində bir sıra qaydaların ləğv edilməsi "ekofaşizm"in əsas nümunələri kimi qiymətləndirilib. Müəlliflər hesab edirlər ki, iqlim elmini inkar edən və təbii resurslar uğrunda rəqabəti gücləndirən bu yanaşma kapitalın maraqlarına xidmət edən yeni avtoritar siyasət modelidir.

Təhlildə həmçinin macar marksist filosof Georg Lukaçın "Aklın Yıkımı" əsərinə istinad olunaraq, kapitalizmin böhran dövrlərində irrasionallığın hakim siniflərin ideoloji alətinə çevrildiyi vurğulanıb. Müəlliflər bu yanaşmanın müasir ABŞ-də elmi inkarçılıq, sui-qəsd nəzəriyyələri, ifrat millətçilik və avtoritar meyillərlə yenidən aktuallıq qazandığını bildiriblər.

Sonda qeyd olunub ki, bəşəriyyət qarşısında seçim ekoloji dağıntını dərinləşdirən mövcud iqtisadi model ilə təbiətlə uyğun yeni ictimai istehsal sistemi arasında aparılır. Təhlildə ABŞ-nin Çinlə bağlı strategiyası, İran və Venesuelaya yönəlmiş enerji siyasəti, eləcə də mərkəzlərinin artan enerji tələbatı qlobal ekoloji böhranın tərkib hissələri kimi qiymətləndirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax