ABŞ-də təşkil olunan Amerika Kubokunun ən yaxşı futbolçusu müəyyənləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu mükafata Kolumbiya millisinin üzvü Xames Rodriges layiq görülüb.
33 yaşlı yarımmüdafiəçi turnir ərzində meydana çıxdığı 6 matçda 1 qola, 6 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, Amerika Kubokunun finalında Kolumbiya millisi Argentinaya (0:1) məğlub olub. X.Rodriges meydana start heyətində daxil olub və əlavə vaxtın əvvəlində əvəzlənib.
Yarımmüdafiəçi 2023-cü ilin yayından Braziliyanın “San Paulu” klubunda çıxış edir. O, karyerası ərzində “Olimpiakos” (Yunanıstan), “Əl-Rayyan” (Qətər), “Everton” (İngiltərə), “Bavariya” (Almaniya), "Real" (İspaniya), “Monako” (Fransa), “Portu” (Portuqaliya), “Banfild” (Argentina) və “Enviqado” (Kolumbiya) klublarında çıxış edib.