Operativ Məlumat Mərkəzi

Amazonun qırılması 50 faiz azalıb

2 dəq
Paylaş:
Amazonun qırılması 50 faiz azalıb
bu barədə Braziliyanın Milli Kosmos Araşdırması İnstitutunun hesabatında qeyd olunur. Ölkənin ekologiya nazirliyi bunun son 5 ildə müşahidə olunan ən...

Braziliyada Amazon meşəliyi 2023-cü ildə əvvəlki illə müqayisədə 50 faiz daha az qırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Braziliyanın Milli Kosmos Araşdırması İnstitutunun hesabatında qeyd olunur.

Ölkənin ekologiya nazirliyi bunun son 5 ildə müşahidə olunan ən müsbət hal olduğunu bildirib.

Braziliya prezidenti Luiz da Silva 2022-ci ildə keçirilən COP27 iqlim sammitində regiondakı meşəsizləşmə prosesini 2030-cu ilə qədər tamamilə dayandıracağına vəd verib.

O, iqlimin düşmənlərini təqib edib həbs edəcəklərini deyib.

Ekologiya naziriyinin “X” səhifəsində əldə olunan nəticənin hədəfə doğru ilk addım olduğunu yazıb.

Bununla belə, hesabata görə, meşəsizləşən ərazi Nyu-York şəhərinin sahəsində 6 dəfə daha çoxdur.

Qeyd edək ki, Amazonun qırılması prosesi Luiz da Silvanın sələfi Jair Bolsonarunun dövründə son 12 ildə maksimum həddə yüksəlmişdi.

Amazon, iqlimşünasların sözlərinə görə, iqlim dəyişikliyi ilə qlobal mübarizədə əsas döyüş meydanlarından biridir. Bu region planetin oksigen-karbon dioskid dövrəsində oynadığı roluna görə planetin ağ ciyəri adlandır. Cəngəllikdə 3 milyona yaxın bitki və heyvan növü var.

Amazonun 60 faizi Braziliyanın ərazisinin payına düşür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər