Xəstəxanalarda Verdi Birliyinə bağlı dövlət işçiləri əmək haqlarının artırılması üçün işəgötürənlərlə kollektiv danışıqlarda razılığa gələ bilmədiklərindən bu gün Almaniyanın bir çox ştatlarında “xəbərdarlıq tətili”ni davam etdiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada xəstəxanalarda çalışan dövlət işçiləri maaşlarının artırılması tələbi ilə etirazlarını davam etdiriblər.
Paytaxt Berlindəki Charite, Vivantes və yəhudi xəstəxanalarında tətil edən yüzlərlə işçi Vivantes şirkətinin Wedding rayonundakı inzibati binası qarşısına toplaşıb.
Əllərində tələblər yazılmış pankart və bannerlər daşıyan işçilər daha sonra Yəhudi Xəstəxanasına doğru yürüş ediblər.