Allahşükür Paşazadə: “Fransa Avropada islamofobiyanın tüğyan etdiyi ölkədir”

Allahşükür Paşazadə: “Fransa Avropada islamofobiyanın tüğyan etdiyi ölkədir”
16.03.2023 14:56
Aa
dəq

“Hazırda Fransa Avropada islamofobiyanın tüğyan etdiyi bir ölkə kimi seçilir”.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda bütün din mənsubları qardaşlıq münasibətində yaşayır və dövlətin onlar üçün yaratdığı bütün şəraitdən istifadə edirlər: “Müqəddəs Quranda Uca Allah bizlərə buyurur: “Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin”. Təəssüf ki, son zamanlar Avropada islamofobiya meyilləri kəskinləşir. Bu mənada Fransada baş verən anti-islam meyilləri getdikcə daha da kəskinləşir”.

A.Paşazadə bildirib ki, erməni terror şəbəkəsinin əsası da məhz Fransada qoyulub: “Nifrət çağırışlarının qarşısının alınması olduqca zəruridir. Ötən aylarda İsveçdə Quranın yandırılması da qətiyyətlə pislənilməlidir. Bütün bu təhlükə və təhdidlərdən insanların birgə mübarizəsi nəticəsindən qurtulmaq mümkün olacaq”.

QMİ sədri Ermənistanın baş nazirinə də çağırış edib: "Nikol Paşinyanın diqqətinə çatdırmaq istəyirəm ki, sovet dövründə belə məscidlər, kilsə və sinoqoqlar təhqir edilməyib. Buralar ən pis halda müzey, yaxud anbar kimi istifadə olunub. Ermənistan baş nazirinin Bakıdakı məscidlərlə bağlı fikirləri isə cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycan məscidləri sökən, təhqir edən yox, məscid tikən ölkədir. Bu, sadəcə, Ermənistanın vəhşi və barbar hərəkətlərinə bəraət qazandırmaq istəyindən başqa bir şey deyil".

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu