Əsas məzmuna keç

Allahşükür Paşazadə ABŞ-a səfər edəcək

Allahşükür Paşazadə ABŞ-a səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək. Bu barədə "Operativ...

Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə oktyabrın 1-də Birləşmiş Ştatlarına səfər edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq QMİ sədri A. Paşazadə rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

Qeyd edilib ki, ABŞ-a səfəri çərçivəsində Şeyxülislam A. Paşazadənin Vaşinqtonda dinlər bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə görüşləri nəzərdə tutulur. QMİ sədrinin Nyu-Yorkda BMT rəsmiləri, “Dinlər uğrunda” Təşkilatı və “Vicdana çağırış” Fondunun rəhbərləri və b. ilə görüşləri planlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…