Braziliyalı qapıçı Alisson karyerasını İtaliyanın "Yuventus" klubunda davam etdirməyə müsbət yanaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi 33 yaşlı qolkiperlə fəal danışıqlar aparır.
Təcrübəli idmançının hazırkı klubu "Liverpul" ilə mükəmməl münasibətləri var.
Bu səbəbdən o, transfer prosesini süni şəkildə sürətləndirmək niyyətində deyil.
Braziliyalı futbolçu yalnız bütün tərəflərin, xüsusən də İngiltərə klubunun bu keçiddən razı qalacağı təqdirdə İtaliyaya yollanacaq.
Qeyd edək ki, qapıçının "Liverpul"la müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir və "Transfermarkt" portalı onun dəyərini 17 milyon avro olaraq qiymətləndirir.
Əgər Alisson komandanı tərk edərsə, bu vəziyyət gürcüstanlı qolkiper Georgi Mamardaşvili üçün böyük bir şans yaradacaq. Belə ki, rəhbərlik gənc qapıçını uzunmüddətli perspektivdə əsas nömrə kimi nəzərdən keçirir.