Əsas məzmuna keç

Azərbaycan futbolunda bu qayda dəyişdi

Azərbaycan futbolunda bu qayda dəyişdi

AFFA İcraiyyə Komitəsinin qərarı ilə Premyer Liqada legioner limitində ciddi yeniliklər edildi. Yeni qaydalar klubların transfer siyasətinə necə təsir edəcək?

en ru

Azərbaycanda futbol matçlarında tətbiq edilən su fasiləsinin müddəti 1 dəqiqəyə endirilib və verilmə qaydası dəyişdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu Hakimlər Komitəsinin sədri Rəhim Həsənov deyib.

O, bundan sonra qərarın hakimlər tərəfindən deyil, oyun öncəsi AFFA nümayəndəsi tərəfindən veriləcəyini bildirib. Belə ki, oyundan öncə AFFA nümayəndəsi hər iki komandaya fasilədən istifadə olunacağı barədə məlumat verməlidir. Yalnız bundan sonra 1 dəqiqəlik su fasiləsi elan olunacaq.

Komitə sədri fasilənin hava şəraitindən asılı olaraq müəyyənləşdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, normalda havanın temperaturu 32 dərəcəyə çatdıqda su fasiləsi verilir. Lakin avqustda Bakıda 30 dərəcə istidə rütubətlilik yüksək olduğu üçün AFFA nümayəndələri lüzum görərsə, su fasiləsi barədə qərar verə bilərlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…