Əsas məzmuna keç

Alen Simonyan İlham Əliyevlə söhbətinin məzmununu AÇIQLADI

Alen Simonyan İlham Əliyevlə söhbətinin məzmununu AÇIQLADI

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevlə sülh və liderlərin ritorikası barədə danışdığını bildirib. O, Bakının COP-17 tədbirlərində iştirakdan imtinasının iki ölkə arasındakı münasibətlərə təsir etməməli olduğunu deyib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İrəvanda keçirilən BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (COP17) kuluarlarında erməni jurnalistlərə müsahibə verib. A.Simonyan açıqlamasında Respublikasının Prezidenti İlham Əliyevlə baş tutan təmasın bəzi detallarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sözügedən söhbətin cari ilin sentyabr ayında Bişkekdə keçirilən sammit çərçivəsində baş tutduğu ehtimal edilir.

A.Simonyan jurnalistlərə bildirib: “Azərbaycan Prezidentinə çatdırmaq imkanım oldu ki, prosesinin irəlilədilməsində onun şəxsi rolu və bəyanatları mühüm əhəmiyyət kəsb edir. Onun sözləri Ermənistan ictimaiyyəti tərəfindən də yaxından izlənilir. O, məni dinlədi və təmkinlə reaksiya verdi”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan tərəfinin İrəvanda keçirilən COP17 tədbirlərində iştirakdan imtina etməsini də şərh edib. Simonyan bu qərarın ikitərəfli sülh danışıqları prosesinə mənfi təsir göstərməyəcəyini iddia edib.

O, rəsmi Bakının imtinasının İrəvanın 2024-cü ilin noyabrında Bakıda təşkil olunmuş COP29 konfransına qatılmamasına adekvat diplomatik cavab ola biləcəyini istisna etməyib. Simonyan hər iki ölkə rəhbərliyinin cəmiyyətlərdə sülh mühitinin formalaşdırılması istiqamətində iş aparmasının vacibliyini vurğulayıb:

“Hazırda tərəflər arasında münasibətlərdə hər hansı kəskin gərginlik yoxdur və bunun baş verəcəyi də gözlənilmir”, – deyə o əlavə edib.

Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik Konvensiyasına dair Tərəflər Konfransının 17-ci sessiyası (COP17) 2026-cı il oktyabrın 19-dan 30-dək İrəvan şəhərində keçiriləcək. Tədbirin ilkin hazırlıq çərçivəsi və “Yaşıl zona” platforması oktyabrın 18-dən fəaliyyətə başlayır.

Konvensiyanın 196 üzv ölkəsinin hamısına rəsmi dəvət göndərilib və bir sıra dövlət və hökumət başçılarının tədbirdə iştirakı nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…