AKTİ növbədənkənar Prezident seçkilərinə fəal şəkildə hazırlaşır

AKTİ növbədənkənar Prezident seçkilərinə fəal şəkildə hazırlaşır
10.01.2024 17:15
Aa
dəq

Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezident seçkiləri keçiriləcək.

Bu barədə AKTİ "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib.

Vətəndaş vəzifəsi və məsuliyyətini dərk edən Azərbaycan könüllüləri seçki prosesinə töhfə vermək məqsədilə seçki qanunvericiliyinə uyğun olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqının təmsilçiləri qismində seçkilərin müşahidəsində iştirak etmək niyyətindədirlər. Bununla bağlı könüllülərin siyahısı hazırlanmış və qaydalara uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Qeyd edək ki, aktiv seçki hüququna malik olan, 18 yaşına çatmış və seçki gününə qədər 18 yaşı tamam olan Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə müşahidəçi qismində iştirak edə bilər.

İttifaq olaraq bütün Azərbaycan Könüllülərini və gənclərini fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində səsvermədə fəal iştirak etməyə dəvət edirik.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu