ABŞ Prezidenti Donald Trampın Nyu-Cersi ştatının Bedminster şəhərində yerləşən qolf klubunda istirahəti zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) portalı məlumat yayıb.
Məlumata görə, avqustun 9-da, bazar günü, Trampın olduğu ərazidə “AN/TWQ-1 Avenger” tipli kiçik mənzilli zenit-raket kompleksləri yerləşdirilib.
Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə Trampın qolf oynadığı, arxa fonda isə tikanlı məftillərlə əhatə olunmuş hərbi texnikanın olduğu görünür. Ağ Ev rəsmiləri “The War Zone”a açıqlamalarında sözügedən görüntülərin həqiqiliyini təsdiqləyiblər.
Təhlükəsizlik tədbirlərinin hava məkanına nəzarəti də əhatə etdiyi bildirilib. Məlumata görə, həmin gün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları qolf klubunun üzərində tətbiq edilən uçuş qadağası zonasını pozan bir neçə təyyarəni ələ keçirib.
Qeyd edək ki, daha əvvəl Trampın xarici səfərlərindən biri zamanı, Türkiyədə olduğu vaxt təhlükəsizlik səbəbilə gizli şəkildə təxliyə edildiyi və ərzaq yük maşını vasitəsilə hərbi təyyarəyə çatdırıldığı barədə məlumatlar yayılmışdı.