Operativ Məlumat Mərkəzi

"Aİ Serbiyanı gələcək üzv yox, Ukraynanın qoşunları kimi görür"

2 dəq
Paylaş:
"Aİ Serbiyanı gələcək üzv yox, Ukraynanın qoşunları kimi görür"
Vulin Aİ-nin Serbiyaya gələcəkdə tamhüquqlu üzv kimi deyil, Ukrayna münaqişəsi üçün işçi qüvvəsi və potensial hərbi personal mənbəyi kimi baxdığını...

Serbiyanın keçmiş Baş nazirinin müavini Aleksandr Vulin Avropa İttifaqının Serbiyaya münasibətini tənqid edib.

“Operativ Məlumat Mərkəzi – OMM” TASS-a istinadən xəbər verir ki, Vulin Aİ-nin Serbiyaya gələcəkdə tamhüquqlu üzv kimi deyil, Ukrayna münaqişəsi üçün işçi qüvvəsi və potensial hərbi personal mənbəyi kimi baxdığını bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının Qərbi Balkanlara genişlənmək niyyəti yoxdur. Vulin qeyd edib ki, Serbiyaya Aİ üzvü kimi deyil, bazar və ucuz işçi qüvvəsi mənbəyi kimi ehtiyac duyulur:
“İndi isə bizim üçün yeni bir ‘istifadə dəyəri’ tapıblar – piyada kimi. Onlara Ukrayna cəbhələrində piyada və istehkamçı kimi lazımıq. Buna görə də bizə Avropa İttifaqının tamhüquqlu üzvləri kimi ehtiyac yoxdur”, – deyə o vurğulayıb.

Vulin Serbiyanın qatılmadığı son Aİ–Qərbi Balkan sammitinin də Belqradı cilovlamağa yönəldiyini bildirib. Onun sözlərinə görə, sammitdə iştirak edən ölkələr Serbiyanı mühasirəyə almaq məqsədi güdüblər. Bu səbəbdən o, Serbiya prezidenti Aleksandr Vuçiçin həmin toplantıda iştirak etməmək qərarını müsbət qiymətləndirib.

Keçmiş baş nazir müavini əlavə edib ki, Kosovonun tanınması və Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələlərinin gündəmdə olduğu bir sammitdə Serbiyanın iştirakı ölkənin milli maraqlarına uyğun deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər