Operativ Məlumat Mərkəzi

Aİ-nin Ukraynanı maliyyələşdirmək üçün ehtiyat planı yoxdur

1 dəq
Paylaş:
Aİ-nin Ukraynanı maliyyələşdirmək üçün ehtiyat planı yoxdur

Belçikanın maliyyə naziri Vincent van Peteqhem deyib ki, Macarıstanın qarşıdan gələn siyasi birlik sammitində Ukraynaya 50 milyard avroluq yardım paketinə veto qoyacağı təqdirdə Avropa İttifaqının (Aİ) B planı yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə "Bloomberg"ə müsahibəsində bildirib.

Eyni zamanda, Vincent van Peteqhem bir çox alternativ həll yollarının olduğunu və onların araşdırılmalı olduğunu qeyd edib.

Onun sözlərinə görə, hələlik yeganə yol hazırkı yardım paketi üzərində bütün Aİ ölkələri ilə işləmək olacaq. Belçikanın maliyyə naziri əmindir ki, Aİ liderləri sonda razılığa gələ bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər