Operativ Məlumat Mərkəzi

Aİ-nin əhalisi 450 milyonu keçdi

1 dəq
Paylaş:
Aİ-nin əhalisi 450 milyonu keçdi
bununla bağlı xarici KİV məlumat yayıb. Avropa Statistika İdarəsi (Eurostat), Avropa Birliyi (AB) ölkələrinin 2025-ci il yanvarın 1-nə olan əhali...

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin ümumi əhalisi 2025-ci ilə qədər 450,4 milyon nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Avropa Statistika İdarəsi (Eurostat), Avropa Birliyi (AB) ölkələrinin 2025-ci il yanvarın 1-nə olan əhali məlumatlarını yayımlayıb.

2024-cü ilin əvvəlində 449,3 milyon olan Avropa Birliyinə (AB) üzv 27 ölkənin ümumi əhalisi, 2025-ci ildə 450,4 milyona yüksəlib.

Almaniya 83,6 milyon nəfərlik əhalisi ilə Avropa Birliyinin ən çox əhaliyə sahib üzvü olub. Fransa 68,6 milyon, İtaliya 58,9 milyon, İspaniya 49,1 milyon, Polşa 36,5 milyon, Rumıniya 19 milyon, Niderland (Hollandiya) 18 milyon, Belçika isə 11,9 milyon əhalisi ilə Almaniyadan geri qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər