Operativ Məlumat Mərkəzi

Aİ məhkəməsi fon der Leyeni peyvənd məlumatlarını gizlətməkdə məsul hesab edir

1 dəq
Paylaş:
Aİ məhkəməsi fon der Leyeni peyvənd məlumatlarını gizlətməkdə məsul hesab edir
bununla bağlı xarici KİV məlumat yayıb. Fon der Leyenə qarşı ittihamlar 2023-cü ildə The New York Times tərəfindən irəli sürülüb.  Nəşr iddia edib ki,...

Avropa Ədalət Məhkəməsi Avropa Komissiyasının sədri Ursula fon der Leyeni 2021-2023-cü illərdə COVID-19 peyvəndlərinin alınması ilə bağlı müqavilələr haqqında məlumatı gizlətməkdə məsul hesab edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki bununla bağlı xarici KİV məlumat yayıb.

Fon der Leyenə qarşı ittihamlar 2023-cü ildə The New York Times tərəfindən irəli sürülüb.

Nəşr iddia edib ki, Avropa Komissiyasının rəhbəri Pfizer şirkətinin baş direktoru Albert Bourla ilə Avropa İttifaqı üçün dəyəri 30 milyard avrodan çox olan vaksinlərin alınması üçün müqavilələrin şərtləri ilə razılaşdığı mətn mesajlarını dərc etməkdən əsassız olaraq imtina edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər