Əsas məzmuna keç

Aİ qadın hüquqlarının pozulmasına görə sanksiyalar siyahısını razılaşdırıb

Aİ qadın hüquqlarının pozulmasına görə sanksiyalar siyahısını razılaşdırıb

bu barədə İspaniyanın EFE agentliyi məlumat yayıb. Qərar Beynəlxalq Qadınlar Günü ərəfəsində Niderlandın xarici işlər naziri Vopke Hukstranın təşəbbüsü...

Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq cinsi və qadın hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı paketini razılaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi məlumat yayıb.

Qərar Qadınlar Günü ərəfəsində Niderlandın naziri Vopke Hukstranın təşəbbüsü ilə qəbul edilib.

Nazir bildirib ki, Ukrayna və Cənubi Sudan kimi ölkələrdəki münaqişələrdə, xüsusilə qadınlara və qızlara qarşı cinsi zorakılıq müntəzəm olaraq baş verir: “İran, Myanma, Suriya və ya Əfqanıstanda etiraz aksiyaları, həbslər zamanı qadınların hüquqları ciddi şəkildə pozulur”.

“Europa Press” agentliyinin məlumatına görə, siyahıda 3 təşkilat və 9 şəxs, o cümlədən Rusiya hərbçilərinin - tabor komandiri Nikolay Kuznetsov və polkovnik Ramil İbatullinin adı var. Aİ onların hərbi birləşmələrinin Ukraynada qadınlara qarşı cinsi zorakılıqla məşğul olduğunu iddia edir.

Siyahıda həmçinin Əfqanıstanın “Taliban” hökumətinin nümayəndəsi Məhəmməd Calid Hənəfi, Myanma daxili işlər nazirinin müavini və Cənubi Sudandan olan iki polisin adı var. Bundan əlavə, Suriya Qvardiyası, Myanmanın hərbi işlər və üzrə qərargahı və İran həbsxanası da sanksiyalara məruz qalacaq.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…