Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu adlı maliyyə aləti çərçivəsində Moldova və Gürcüstanın müdafiə sektorunu dəstəkləmək üçün ümumilikdə 70 milyon avro dəyərində yardım tədbirlərini qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Şurasından verilən yazılı açıqlamaya görə, Moldova və Gürcüstan üçüncü dəfədir ki, öz hərbi potensialının modernləşdirilməsini dəstəkləmək və Aİ-nin hərbi missiyalarında və əməliyyatlarında iştirak etmək imkanlarını artırmaq üçün maliyyə alacaq.
Namizəd ölkə statusu almış Moldovaya 40 milyon avro, Gürcüstana isə 30 milyon avro yardım veriləcək.