Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas İttifaqın beynəlxalq tərəfdaşlarını “Moskvaya təzyiq göstərməyə” çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Rusiyanın Ukraynaya gecə saatlarında həyata keçirdiyi hücumları "ən ölümcül" olaraq xarakterizə edən Kallas, "ona görə də Rusiyaya təzyiq göstərmək və onun da sülh istəməsini təmin etmək bizim əlimizdədir" deyib.
Kallas Moskvaya təzyiq göstərməyə hazır olduqlarını da ifadə edərək, "ümid edirik ki, digər beynəlxalq tərəfdaşlar da belə edəcək",- deyə qeyd edib.