Əsas məzmuna keç

Agentlik: Məktəblərin hamısında sertifikasiyadan keçmiş müəllimlər çalışacaq

Agentlik: Məktəblərin hamısında sertifikasiyadan keçmiş müəllimlər çalışacaq

bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil...

“Sertifikatlaşdırma prosesi təhsilin keyfiyyətinin artırılmasına yönəlib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu və Ümumi üzrə Dövlət Agentliyinin müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan brifinqdə deyib.

Vəfa Yaqublu qeyd edib ki, bu il fizika, kimya və informatika müəllimləri sertifikasiyadan keçəcəklər.

“Müəllimin keyfiyyəti təhsilin keyfiyyətini müəyyən edir. Fənni dərindən bilən və şagirdlərdə öyrənmə həvəsi yarada bilən müəllimlər seçilir. Yaxın gələcəkdə müəllimlərin sertifikatlaşdırılması onların peşəkar inkişafına və keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Məktəblərimizin demək olar ki, hamısında sertifikatlaşmış müəllimlər çalışacaq. Məqsəd bütün məktəbləri savadlı və ixtisaslı müəllimlərlə təmin etməkdir.

Şagirdə dərs deyən müəllimin hazırlıqlı və bilikli olması vacibdir. sertifikatlaşdırmadan əvvəl 1000 manat məvacib alırdısa, sertifikatlaşdırmadan sonra onun əməkhaqqında artım nəzərdə tutulur. Bu isə sağlam rəqabət mühiti yaradır”, - o bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…