Operativ Məlumat Mərkəzi

Ağdaş və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb

1 dəq
Paylaş:
Ağdaş və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb
Polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir....

Polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı sakinlərdən 2 sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu istiqamətdə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər