Əsas məzmuna keç

Ağdaş sakinindən 1, 5 kq-a yaxın heroin götürülüb

Ağdaş sakinindən 1, 5 kq-a yaxın heroin götürülüb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin satışını təşkil edən, əvvəllər də dəfələrlə məhkum...

Rayon Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin satışını təşkil edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Nurlan Aqdamifar saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ondan 300 qram marixuana və rayon ərazisindəki meşəlikdə gizlətdiyi 1 kiloqram 450 qram aşkar olunub. Saxlanılan şəxs narkotik vasitələri pul qarşılığında paytaxtdan Ağdaşa gətirdiyini və burada satışını planlaşdırdığını bildirib. Araşdırmalarla onun bir neçə gün əvvəl mikroavtobusdan akkumulyator oğurladığı da müəyyən edilib.

Faktla bağlı başlanılıb, məhkəmənin qərarı ilə N.Aqdamifari barəsində həbs qətimkan tədbiri seçilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…