Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aparıcıya vəzifə verildi

2 dəq
Paylaş:
Aparıcıya vəzifə verildi

Tanınmış televiziya aparıcısı Təranə Quliyeva , Füzuli və rayonlarında , Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə təyin edilib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu təyinat sözügedən Xidmətin icraçı direktorunun müvafiq əmri əsasında rəsmiləşib.

Məlumat üçün bildirək ki, Təranə Quliyeva ali təhsilini Dillər Universitetində "Regionşünaslıq və münasibətlər" ixtisası üzrə alıb. O, zəngin media təcrübəsinə malikdir və əmək fəaliyyətinə ilk olaraq "Lider TV"də redaktor və aparıcı kimi başlayıb.

Jurnalist daha sonrakı dövrlərdə "ATV", "GünAz TV""MTV" telekanallarında aparıcı, redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərib. Bununla yanaşı, o, özəl media şirkətində icraçı direktor və kreativ direktor vəzifələrini də uğurla icra edib.

Xatırladaq ki, Təranə Quliyeva hazırda Azərbaycan Televiziyasında ("AzTV") yayımlanan "Telesəhər" verilişinin aparıcısıdır və yeni vəzifəsi ilə bərabər televiziya fəaliyyətini də davam etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax