ABŞ-nin vitse-prezidenti Kamala Harris süni intellekt üzrə iş qrupuna rəhbərlik edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev mətbuata açıqlamasında Harrisin bu sahədə aparıcı şirkətlərlə birgə yeni süni intellekt təşəbbüsünün rəhbəri təyin edildiyini açıqlayıb.
Harris və prezident Co Baydenin tabeliyində olan digər yüksək vəzifəli məmurlar, "Alphabet", "Anthropic", "Microsoft" və "OpenAI" CEO-larına "məhsullarının yayılmadan və ya ictimaiyyətə təqdim edilməzdən əvvəl təhlükəsiz olduğundan əmin olmaq məsuliyyətini" xatırladıblar.