Operativ Məlumat Mərkəzi

Ağ Ev: Ukraynanın Bayden dövründə NATO-ya qəbul olmaq şansı yoxdur

1 dəq
Paylaş:
Ağ Ev: Ukraynanın Bayden dövründə NATO-ya qəbul olmaq şansı yoxdur
bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib. “Məncə, hazırkı mərhələdə yeni komandanın 2025-ci...

ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə Ukraynanın NATO-ya dəvət olunma şansı yoxdur; bu məsələyə artıq növbəti Amerika lideri Donald Tramp baxacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter deyib.

“Məncə, hazırkı mərhələdə yeni komandanın 2025-ci ildə həllinə nail oluna bilinəcək münaqişənin həlli üzrə danışıqları düşünərək yaxın bir neçə ay ərzində Ukraynanın NATO-ya üzvlük məsələsi ilə necə məşğul olacağı söhbət mövzusudur”, - Karpenter deyib.

Bundan əlavə, o vurğulayıb ki, Ukraynanın alyansa qoşulması üçün onun ərazisində bütün döyüş əməliyyatları sonlandırılmalıdır.

“Hazırda 32 üzvün hamısının razılığı yoxdur, alyansda dəvətin verilməsi üçün konsensusa malik deyilik”, - Ağ Evin nümayəndəsi söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər