Ağ Ev xəbərdarlıq edib ki, Rusiya Ukraynada 50 gün ərzində atəşkəs razılaşmasına nail olmasa, "çox ağır tariflər və əlavə sanksiyalar"la üzləşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livit gündəlik mətbuat brifinqində danışıb.
Livit, Rusiyadan neft alan ölkələrə də sanksiya tətbiq ediləcəyini ifadə edərək, "təbii ki, bu da Rusiya iqtisadiyyatına böyük zərər verəcək" deyib.
Trampın Ukraynadakı müharibənin diplomatik həll yolu ilə sona çatması istəyini təkrarlayan Livit, Tramp administrasiyasının “bu uzaq müharibəni həll etmək üçün çox vaxt sərf etdiyini” bildirib.