Operativ Məlumat Mərkəzi

Ağ Ev NATO-nun yeni baş katibi ilə bağlı qərarı qiymətləndirib

1 dəq
Paylaş:
Ağ Ev NATO-nun yeni baş katibi ilə bağlı qərarı qiymətləndirib
Ağ Evin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Vaşinqton hazırda hollandiyalı siyasətçi ilə Amerika lideri Co Bayden arasında, o cümlədən iyulda...

ABŞ rəsmiləri Hollandiyanın keçmiş baş naziri Mark Ruttenin Şimali Atlantika Alyansının yeni baş katibi təyin edilməsi qərarını müsbət qiymətləndiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Evin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Vaşinqton hazırda hollandiyalı siyasətçi ilə Amerika lideri Co Bayden arasında, o cümlədən iyulda ABŞ-da keçiriləcək NATO sammiti çərçivəsində hər hansı təmas qurmaq niyyətində deyil.

"Biz oktyabrın 1-də vəzifəyə başlayacaq yeni baş katib Mark Rutte ilə bağlı konsensusu alqışlayırıq".

NATO üzvü olan ölkələrin səfirləri iyunun sonunda Rutteni təşkilatın növbəti baş katibi vəzifəsinə təsdiq ediblər. Siyasətçi 10 ilə yaxındır bu vəzifədə olan Yens Stoltenberqi əvəz etməli olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər