Beynəlxalq Qızıl Xaç Komitəsi fevral ayında Mərkəzi Afrika Respublikasında üsyançılar tərəfindən oğurlanan 19 əsgərin azad edildiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ötən ay həmin üsyançı qruplar doqquz çinli işçinin ölümü ilə nəticələnən qızıl mədəninə hücumda günahlandırılıblar.
Üsyançılar isə bunu inkar edərək Rusiya muzdlu qruplaşmasını təqsirkar bilir.