Afinanın mərkəzində Yunanıstan Əmək Nazirliyinin yaxınlığında bomba partladılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yunanıstanın ictimai televiziyası ERT məlumat yayıb.
Bildirilib ki, partlayıcı qurğu Stadiu və Pesmazoğlou küçələrinin kəsişməsində yerləşdirilib. Telekanalın məlumatına görə, “Efimerida ton Sindakton” qəzeti partlayışla bağlı 40 dəqiqə sonra saat 00:49-da xəbərdarlıq alıb, bundan sonra ərazi polis tərəfindən dərhal mühasirəyə alınıb.
ERT-nin məlumatına görə, Əmək Nazirliyi ilə üzbəüz bank filialının qarşısındakı hasarın üzərinə partlayıcı maddə olan çanta qoyulub. Məhkəmə-tibb ekspertləri hadisə yerindədir, araşdırmalar davam edir.