Operativ Məlumat Mərkəzi

AFFA-nın baş katibi FIFA-da bir sıra görüşlər keçirib

1 dəq
Paylaş:
AFFA-nın baş katibi FIFA-da bir sıra görüşlər keçirib
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub. AFFA-nın mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, o,...

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

AFFA-nın mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, o, FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib. C.Fərəcullayev tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.

Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.

Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər