Operativ Məlumat Mərkəzi

ABŞ və Rusiya nümayəndə heyətləri bu gün Ər-Riyadda ikinci görüş keçirəcək

1 dəq
Paylaş:
ABŞ və Rusiya nümayəndə heyətləri bu gün Ər-Riyadda ikinci görüş keçirəcək

Səudiyyə Ərəbistanının paytaxtında Rusiya və ABŞ nümayəndə heyətləri fevralın 25-də ikinci görüş keçirəcək və burada Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Die Zeit" qəzeti məlumat yayıb.

Qəzetin həmsöhbətləri bu görüşün fevralın 18-də Ər-Riyadda keçirilən danışıqların davamı olacağını bildiriblər. Həmin vaxt Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və Rusiyanın vitse-prezidenti Yuri Uşakov da var idi. Amerika tərəfini dövlət katibi Marko Rubio, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals təmsil edib.

Ötən həftə Qərb mediası ABŞ prezidenti Donald Trampın bəyanatına istinadən fevralın 25-də ABŞ və Rusiya arasında danışıqların yeni raundunun keçiriləcəyini yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər