ABŞ və İsrail HƏMAS hərəkatı hazırkı münaqişədə məğlub olarsa, Qəzza zolağına sülhməramlı qüvvələr göndərməyi düşünür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edilib ki, ABŞ da daxil olmaqla bir neçə ölkənin silahlı qüvvələrinin sülhməramlı missiyası Qəzzaya göndərilə bilər. Beləliklə, anklav ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın dəstəyi ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələrinin nəzarətinə keçəcək.