ABŞ prezidenti Co Bayden Amerika ordusuna təcili yardımı dəniz yolu ilə çatdırmaq üçün Qəzza sahillərində liman yaratmağı tapşıracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi keçirdiyi brifinqdə ABŞ-ın Qəzzaya humanitar yardım çatdırmaq üçün göstərdiyi son səylərdən danışıb.
Rəsmi, Baydenin bu axşam Konqresdəki "Birliyin Vəziyyəti" nitqində Amerika ordusuna təlimat verdiyini və ordunun Qəzza sahillərində hərbi limanın qurulması üçün işə başlayacağını açıqlayacağını, yardımların çatdırıla biləcəyini söyləyib.
ABŞ rəsmisi sözügedən hərbi limanın yaradılması ilə böyük gəmilərin Qəzzaya daha çox miqdarda humanitar yardım çatdıra biləcəyini və bu yardımın qida və su ilə yanaşı, dərman və müvəqqəti yerləşdirmə avadanlıqlarından ibarət olacağını qeyd edib.
ABŞ təcili yardım üçün Qəzza sahillərində hərbi liman qurmağa hazırlaşır
Oxşar xəbərlər
Digər
ABŞ səfirliyinin Kiyevdən təxliyəsi barədə iddialar Ukrayna tərəfindən inkar edilib
Digər
İran səfiri Cənubi Koreyada insidentlə bağlı çağırılacaq
Digər
Quterreş: Dünyada təxminən 800 milyon insan ifrat yoxsulluq şəraitində yaşayır
Digər