Əsas məzmuna keç

ABŞ Sakit Okeanda iki gəmiyə hücum etdi

ABŞ Sakit Okeanda iki gəmiyə hücum etdi

ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik daşıdığı şübhəli bilinən iki gəmiyə hədəfli zərbələr endirdiyini elan edib. Bununla bağlı xarici KİV məlumat...

ordusu Şərqi Okeanda daşıdığı şübhəli bilinən iki gəmiyə hədəfli zərbələr endirdiyini elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

18 dekabrda Hegsetin göstərişi ilə Birgə Operativ Qüvvə Southern Spear beynəlxalq sularda terrorçu təşkilatlar tərəfindən idarə olunan iki gəmiyə kinetik zərbələr endirib.

Zərbələr nəticəsində 5 nəfərin öldüyü bildirilib, ABŞ hərbçilərindən isə heç biri xəsarət almayıb.

Sentyabr ayından bəri ABŞ Sakit Okean və Karib dənizində narkotik daşımaqda şübhəli bilinən gəmilərə təxminən 30 hücum həyata keçirib və nəticədə 100-dən çox insan həlak olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…