Operativ Məlumat Mərkəzi

ABŞ rəsmisi İrəvanda Türkiyə-Ermənistan normallaşma prosesini müzakirə edib

1 dəq
Paylaş:
ABŞ rəsmisi İrəvanda Türkiyə-Ermənistan normallaşma prosesini müzakirə edib
bu barədə Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb. Bildirilib ki, görüşdə Türkiyə-Ermənistan normallaşma prosesinin gedişi...

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono İrəvanda Ermənistan parlament sədrinin müavini, Türkiyə ilə danışıqlar aparan nümayəndə heyətinin başçısı Ruben Rubinyanla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə-Ermənistan normallaşma prosesinin gedişi müzakirə olunub. Tərəflər Cənubi Qafqazda təhlükəsizliyə dair məsələlərə də toxunublar.

Məlumata görə, görüşdə ABŞ-nin İrəvandakı səfiri Kristina Kuin də iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər