"ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının nə məqsədlə istifadə olunduğunu bilirik".
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov bildirib.
Səfir ABŞ-nin PUA-lar vasitəsi ilə Ukrayna qüvvələri tərəfindən Rusiya ərazisinə gələcək zərbələrdə istifadə etmək üçün məlumat topladığını qeyd edib.
"ABŞ-nin sərhədlərimizə yaxın ərazilərdəki qəbuledilməz uçuşları narahatlıq doğurur. Biz kəşfiyyat və zərbə üçün istifadə olunan dronların məqsədini yaxşı bilirik. Onların ABŞ sərhədlərindən bu qədər uzaqlıqda nə işi var?! Təbii ki, kəşfiyyat məlumatları toplayıb sonda Ukrayna tərəfndən silahlı qüvvələrimizə və ərazimizə hücum üçün istifadə olunur",-deyə Antonov bildirib.
Qeyd edək ki, sözügedən açıqlama ABŞ-nin "MQ 9 Reaper" PUA-sının ötən gün Qara dəniz ərazisində qəzaya uğramasında sonra verilib.