Operativ Məlumat Mərkəzi

ABŞ Prezidenti İsrail və HƏMAS-ı atəşkəsə çağırıb

1 dəq
Paylaş:
ABŞ Prezidenti İsrail və HƏMAS-ı atəşkəsə çağırıb
bu barədə “Əl Cəzirə” məlumat yayıb. C.Baydenin sözlərinə görə, fasiləyə ehtiyac var: “Mülki insanları ərazidən çıxarmaq lazımdır”. Media orqanı yazıb...

ABŞ Prezidenti Cozef Bayden İsrail və HƏMAS-ı atəşkəsə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

C.Baydenin sözlərinə görə, fasiləyə ehtiyac var: “Mülki insanları ərazidən çıxarmaq lazımdır”.

Media orqanı yazıb ki, artıq Ağ Evin mövqeyində dəyişiklik var. Çünki rəsmi Vaşinqton daha əvvəl Yaxın Şərqdəki proseslərə müdaxilə etməyəcəyini elan etmişdi.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkə biləcəyi barədə xəbərdarlıq edib və qələbəyə inandığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər