ABŞ-nin İndiana ştatında baş verən tornado 3 nəfərin ölümünə səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, onlarla evə ziyan dəyib, bir neçə ev tamamilə dağılıb.
Arkanzas ştatında bir evin üzərinə ağac aşıb, iki nəfər ölüb, bir nəfər yaralanıb.
İndianapolisdə 75 evə ziyan dəyib, xəsarət alanlar helikopterlə xəstəxanaya çatdırılıblar.
Yerli medianın verdiyi məlumata görə tornado ABŞ-nin mərkəzi hissəsində dağıntılar törədib, infrastruktura ciddi ziyan vurub.