Əsas məzmuna keç

ABŞ müdafiə naziri gələn həftə Sinqapur, Hindistan və Fransaya səfər edəcək

ABŞ müdafiə naziri gələn həftə Sinqapur, Hindistan və Fransaya səfər edəcək

bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, nazir Hind-Sakit Okean regionuna yeddinci rəsmi səfəri çərçivəsində Yaponiyanın...

rəhbəri Ostin gələn həftə Yaponiya, Sinqapur, və Fransaya səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, nazir Hind-Sakit Okean regionuna yeddinci rəsmi səfəri çərçivəsində Yaponiyanın Yasukazu Hamada və digər yüksək vəzifəli rəsmilərlə görüşmək, həmçinin Yaponiyada yerləşən qoşunlarının hərbi hissəsinə getmək üçün Tokioya səfər edəcək.

Yaponiyadan Pentaqon başçısı Sinqapura gedəcək və orada keçiriləcək “Şanqri-La Dialoqu” adlı Şərqi Asiya regional təhlükəsizlik konfransının plenar iclasında çıxış edəcək.

ABŞ müdafiə nazirinin növbəti səfəri Yeni Dehliyə olacaq. Orada Hindistanın müdafiə naziri Rajnath Singh və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.

Lloyd Ostin sonuncu olaraq Fransaya səfər edəcək. Səfər çərçivəsində Fransa, Böyük Britaniya müdafiə nazirləri Sebastyan Lekornu və Ben Uolles görüşlər planlaşdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…