ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud ABŞ və Rusiya arasındakı münasibətlərdən danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Daimi nümayəndə bildirib ki, Rusiya-Amerika münasibətləri “çox, çox pis yerdədir”. Onun sözlərinə görə, iki ölkənin nümayəndələri “zərurət yarandıqda Nyu-Yorkda” əlaqə saxlayacaqlar.
Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırda Rusiya ilə ABŞ arasında demək olar ki, heç bir münasibət yoxdur.
Onun sözlərinə görə, Rusiya-Amerika münasibətləri aşağı səviyyədədir.
O qeyd edib ki, Rusiya Federasiyasının diplomatik nümayəndəliklərinin fəaliyyəti və ABŞ diplomatlarının Rusiyadakı fəaliyyəti ilə bağlı şərtlər istisna olmaqla, iki dövlət arasında demək olar ki, heç bir əlaqə yoxdur.