Əsas məzmuna keç

ABŞ Mixail Koqelniçanu bazasına yeni hərbi qüvvə yerləşdirir

ABŞ Mixail Koqelniçanu bazasına yeni hərbi qüvvə yerləşdirir

Vaşinqton Rumıniyadakı aviabazaya əlavə qırıcılar və şəxsi heyət cəlb edir. Yaxın Şərq əməliyyatları üçün nəzərdə tutulan strateji addımın detalları saytımızda.

ru en

Yaxın Şərqdəki döyüş əməliyyatlarına hazırlıq məqsədilə Rumıniyaya müraciət edərək, ölkənin şərqində yerləşən Koqelniçanu aviabazasında əlavə qüvvələr yerləşdirmək istədiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə TASS agentliyi "Digi24" telekanalına istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, söhbət əlavə qırıcıların və qulluqçuların yerləşdirilməsindən gedir. Lakin onların dəqiq sayı hələlik açıqlanmır.

Rumıniyanın Prezidenti Nikuşor Dan isə öz növbəsində martın 11-də ölkənin Ali Müdafiə Şurasının iclasını keçirəcək. Bu iclasda ABŞ hərbi qüvvələrinin ölkədə müvəqqəti yerləşdirilməsinin təhlili aparılacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…