ABŞ İsrailin Yaxın Şərqdə artan gərginliyə görə Livanda Hizbullah hərəkatına qarşı quru əməliyyatına başlamasından narahatdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Wall Street Journal" öz mənbələrinə əsaslanaraq yazıb.
Nəşr qeyd edir ki, Pentaqonun rəhbəri Lloyd Ostin sentyabrın 16-da yüksək rütbəli departament rəsmiləri ilə görüşdə İsrailin "tezliklə hücuma keçə biləcəyindən" narahatlığını ifadə edib.
"Mən bunun nəzarətdən çıxmasından çox narahatam",- deyə yüksək səviyyəli ABŞ rəsmisi Ostindən sitat gətirib.
Livanda peycerdə baş verən partlayışlardan sonra Vaşinqtonda qorxular artıb.
“The Wall Street Journal” İsrailin ölkənin cənubundan şimalına minlərlə xüsusi təyinatlı və paraşütçülərdən ibarət hərbi birlik yerləşdirdiyini vurğulayıb.