İraq ABŞ-nin ölkəyə qoşun göndərməsi ilə bağlı iddialara cavab verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin təhlükəsizlik üzrə müşaviri Xalid əl-Yəqubi mövzu ilə bağlı dövlət televiziyasına danışıb.
"Mətbuatda bu mövzuda gedən xəbərlər əsassızdır. ABŞ-nin İraqa ordu yeritməsindən söhbət gedə bilməz", - İraq rəsmisi qeyd edib.