ABŞ institutu: Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər

ABŞ institutu: Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər
19.04.2024 09:28
Aa
dəq

Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, bu, ABŞ-nin Ukraynaya dəstək səviyyəsindən asılıdır: “ABŞ-nin yardımı dayandırması nəticəsində Ukrayna artilleriya və hava hücumundan müdafiə çatışmazlıqları ilə üzləşir. Bu, Rusiya qüvvələrinə marjinal taktiki irəliləyişlər əldə etməyə imkan verir. ABŞ yardımı bərpa etməsə, Rusiya gələcəkdə daha ciddi uğurlar qazana bilər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, ABŞ-nin dəstəyi olmadan Kiyev müharibədə qalib gələ bilməyəcək.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da rəsmi Vaşinqtonun Ukrayna qüvvələrinin effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırdığını bildirib.

Həftənin ən çox oxunanları

Almaniya ukraynalı hərbçilərin iştirakı ilə təlimlərə başlayıb

Almaniya ukraynalı hərbçilərin iştirakı ilə təlimlərə başlayıb
DAVAMIN OXU davamın oxu

Qara dənizdə gəmi batıb

Qara dənizdə gəmi batıb
DAVAMIN OXU davamın oxu

KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb

KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb
DAVAMIN OXU davamın oxu

KXDR yeni taktiki ballistik raketi sınaqdan keçirib

KXDR yeni taktiki ballistik raketi sınaqdan keçirib
DAVAMIN OXU davamın oxu

Yeni Zelandiyada 5,8 maqnitudada zəlzələ olub

Yeni Zelandiyada 5,8 maqnitudada zəlzələ olub
DAVAMIN OXU davamın oxu